Pomadanın nədən hazırlandığını BİLİRSİNİZ? - İNANMAYACAQSIZ

Pomadanın nədən hazırlandığını BİLİRSİNİZ? - İNANMAYACAQSIZ

Dodaq boyası və parıltısı nədən hazırlanır? Xanımların makiyajını tamamlayan pomada və dodaq parıltısının balıq pulcuqlarından hazırlandığını bilirdinizmi? Məlum olub ki, balığın bu tullantısı əsrlərdir ki, kosmetikada istifadə olunur.

Publika.az bildirir ki, pulcuqların inci parlaqlığı pomadanı mirvari piqmentilə təmin edir. Bu piqment quanin adlanır. Quaninin balığın tullantısı olan pulcuqlardan alınmasına baxmayaraq, tam zərərsiz təbii maddədir. Hətta Sovet dövründə dodaq boyaları və göz kölgələrinin tərkibi quanindən ibarət olurdu.


Quanini istehsal etmək çox çətindir. 100 kq pulcuqdan yalnız 1 kq quanin piqmenti alınır. Hazırlanma prosesi isə 8 sutka davam edir.
Bu gün istifadə etdiyimiz ucuz kosmetik vasitələrin tərkibində quanin olmur. Piqment vismut oksixlorid maddəsi ilə əvəz edilir ki, bu da sağlamlıq üçün zərərlidir. Quanin isə yalnız orqanik, təbii tərkibli kosmetik vasitələrin hazırlanmasında işlədilir.


Odur ki, pomada, dodaq parıltısı və s. alarkən keyfiyyətinə və tərkibinə diqqət etmək vacibdir.
 
Aktual.az
Xəbər 1020 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR