Polşanın sabiq prezidentləri Bakıya gəlirlər

Polşanın sabiq prezidentləri Bakıya gəlirlər

Polşanın sabiq prezidentləri Aleksandr Kvasnevski və Bronislav Komorovski martın 10-da Bakıya səfər edəcəklər.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi martın 10-11-də Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan IV Qlobal Bakı Forumunda iştirak etməkdir.


Sabiq prezidentlər “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumun işində münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi bir çox qlobal məsələlərin müzakirəsinə qatılacaqlar.

Qeyd edək ki, Nizami Gəncəbi Beynəlxalq Mərkəzinin üzvü A.Kvasnevski ötən il Bakıda keçirilən III Qlobal Bakı Forumunda da iştirak edib. A.Kvasnevski 1995-2005-ci illərdə Polşa Prezidenti olub. B.Komorovski isə 2010-2015-ci illər ərzində Polşaya rəhbərlik edib.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR