Polşa Ukrayna üzərində raketləri vura bilərmi? - NATO

Polşa Ukrayna üzərində raketləri vura bilərmi? - NATO

NATO Ukraynanı silahla dəstəkləyəcək, lakin alyans Rusiya ilə müharibə barədə "qırmızı xətti” keçməyi planlaşdırmır.
Aktual.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Polşanın Ukrayna ərazisi üzərində raketləri vura bilməsi ideyasını şərh edərkən deyib.
"NATO Ukraynanı dəstəkləyəcək və indi dəstəyimizi, xüsusən də müxtəlif hava hücumundan müdafiə sistemləri vasitəsilə artırmışıq. Təbii ki, F-16 da bu kontekstdə önəmlidir. Biz onları daha çox yeni yerüstü hava hücumundan müdafiə sistemləri və sursatları ilə təmin edəcəyik. Bunlar "Patriot" və taktiki sistemlər, NASAMS-lar olacaq", - o bildirib.
Xəbər 137 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR