Polşa PUA-lardan belə qorunacaq

Polşa PUA-lardan belə qorunacaq
  • DÜNYA

Polşa Belarusla sərhəddə pilotsuz təyyarələrdən müdafiə sisteminin tikintisinə başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "RMF24”ün məlumatında deyilir.
"Polşa sərhədini pilotsuz təyyarələrdən qoruyacaq müdafiə sisteminin ilk klasteri bu qüllədə quraşdırılıb. Yanvar ayında istifadəyə veriləcək", - Polşanın daxili işlər naziri Marçin Kirvinski bildirib.
Qeyd edilib ki, müdafiə sisteminin ilk elementləri Krınki şəhəri yaxınlığında quraşdırılıb, burada hündürlüyü 70 metrdən çox olan bir neçə müşahidə qülləsi var və onlardan biri artıq radarla təchiz edilib. Sistem şərqdən yaxınlaşan obyektləri aşkar etmək, müəyyən etmək və izləmək üçün nəzərdə tutulub.
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR