Polşa hibrid müharibə vəziyyətindədir.
Aktual.az-ın Polşanın PAP xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik deyib.
Onun sözlərinə görə, Polşanın bu gün üzləşdiyi "de-fakto hibrid müharibəsidir”.
Bunun təsdiqi kimi müdafiə nazirinin müavini Belarusla sərhəddəki vəziyyəti və Polşa ərazisinə uçan Rusiya meteozondlarını göstərib.
O əlavə edib ki, Polşada hər il təxminən beş min haker hücumu qeydə alınır.
Bundan əvvəl Polşa artilleriya sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb.
Xəbər 154 dəfə oxunub.