Polşa Belarusla sərhəddə 17 min hərbçi toplayır

Polşa Belarusla sərhəddə 17 min hərbçi toplayır

Avqustun 1-də Polşa Belarusla sərhəddə 17 min hərbçinin iştirak edəcəyi genişmiqyaslı "Təhlükəsiz Podlasie” hərbi təliminə başlayacaq.
Aktual.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Komış bildirib.
Manevrlərə 18-ci Mexanikləşdirilmiş Diviziya rəhbərlik edəcək. Əməliyyat altı ay davam edəcək.
Polşanın Belarusla sərhəddə qoşunlarının sayını 6 mindən 17 minə çatdıracağı iyulun 10-da məlum olub. Müdafiə nazirinin müavini Pavel Beida bildirib ki, 8 mini birbaşa yerdə, qalanları isə ehtiyatda olacaq. Bir şey olarsa, bu 9 min əsgər bütün texnika və silahlarla 48 saat ərzində sərhədi müdafiə etmək üçün sərhədə gələcək.
Xəbər 208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR