Polisləri şantajla hədələyərək pul tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Biləsuvarda qeydə alınıb.
Biləsuvar rayon Polis şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkdiyini deyərək onlardan pul tələb etməsini bildiriblər.
Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.