Polislərə WhatsApp, Facebook, Instagram qadağası

Polislərə WhatsApp, Facebook, Instagram   qadağası

Rusiyada Moskva polisinə ``WhatsApp` da daxil olmaqla, bir sıra messencer və sosial şəbəkələrdən istifadə etmək qadağa olunub.

Bu barədə AzVision.az `Lifenews`-a istinadən xəbər verir.

Nəşrin əldə etdiyi məlumata görə, Moskva polislərinə “Viber”, “WhatsApp”, “Skype”, “Instagram”, “Twitter”, “Facebook”, “VKontakte” və “Odnoklassniki”dən istifadə etmək qadağan edilib. Bundan əlavə, “qara siyahı”ya “Gmail.com”, “Mail.ru”, “Rambler.ru” poçt servislərinin də adı daxil edilib.

Moskva polisinə yalnız Rusiya DİN-in rəsmi elektron poçtundan istifadə etmək icazəsi verilib.

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR