Polisi görən oğru özünü bıçaqladı

Polisi görən oğru özünü bıçaqladı

Şirvanda soyğunçu özünə xəsarət yetirib.

Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də Şirvan şəhərində şəhər sakini Günel Ağayevanın 230 manatını soyğunçuluq yolu ilə almış həmyerlisi, əvvəllər məhkum olunmuş Pərviz Muradov fevralın 19-da polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə bıçaqla özünə xəsarət yetirib.

O, bıçaqla qarın nahiyəsindən daxilə nüfuz etməyən xəsarət yetirib. P.Muradov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR