"Rusiya Ukraynanı müstəqil dövlət kimi məhv etmək istəyir" Yatsenyuk

"Rusiya Ukraynanı müstəqil dövlət kimi məhv etmək istəyir"      Yatsenyuk

 "Ukraynanın rəhbərliyində təmsil olunan şəxslər arasında fikir ayrılığı yoxdur".

 

APA-nın xəbərinə görə, bunu "Associated Press" agentliyinə müsahibəsində Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.

 

"Biz eyni qayıqda üzürük və batmaq fikrimiz yoxdur. Biz bu qayıqda üzməyə davam etmək niyyətindəyik", - deyə A. Yatsenyuk qeyd edib.

 

Müsahibə zamanı baş nazir növbəti dəfə bir sıra Rusiya əleyhinə bəyanatlar səsləndirib. Hökumət başçısının sözlərinə görə, "Rusiya Ukraynanı müstəqil dövlət kimi məhv etmək istəyir".

 

Bundan başqa, A. Yatsenyuk qeyd edib ki, Rusiya "ölkənin şərqinə yenidən hücum edə bilər".

 

"Rusiyaya qarşı bütün azad dünya mübarizə aparmalıdır", - deyə o qeyd edib.


Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR