Polis Şöbəsində saxlanılan şəxs özünü güllələdi - Polisin silahı ilə

Polis Şöbəsində saxlanılan şəxs özünü güllələdi - Polisin silahı ilə

Lənkəran rayonunun Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında intihar hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, soyğunçuluq məqsədilə evə basqın edərək ev sahibinə ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında özünü öldürüb.

İlkin məlumata görə, adı hələlik açıqlanmayan şübhəli polis gözətçisinə xəsarət yetirərək onun silahı ilə özünü vurub. İntihar edənin rayonun Xolmili kənd sakini olduğu bildirilir.

Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də, Xolmili kəndində baş verib. Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər 801 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR