Polis şöbəsində intihara cəhd - Özünü qarnından bıçaqladı

Polis şöbəsində intihara cəhd   - Özünü qarnından bıçaqladı

Şirvan Şəhər Polis Şöbəsində intihara cəhd olub.

Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Pərviz Əziz oğlu Muradov polis şöbəsində özünü bıçaqlayıb. O, qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dünən axşam Şirvan şəhər Xəstəxanasına çatdırılıb. Hazırda polis müşayiəti altında müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, daha əvvəl də iki dəfə məhkumluq həyatı yaşamış Pərviz Muradov Şirvan şəhər sakini olan bir qadının şikayət ərizəsindən sonra saxlanılıb. Qadın ərizəsində adıçəkilən şəxsin onu dəyərək 230 manatını aldığını qeyd edib.

“Ərizə əsasında əməliyyat tədbirləri keçirilib və saxlanılan zaman Pərviz Muradov cibindən kustar üsullarla hazırlanan bıçaq çıxararaq qarın nahiyyəsindən daxilə nüfuz etməyən zərbə endirib. O, qeyd edildiyi kimi özünü şöbədə bıçaqlamayıb. Hazırda həmin şəxslə bağlı araşdırma davam etdirilir”.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR