ABŞ-ın Oklahoma ştatında polis əməkdaşı daşqından xilas etdiyi şəxsi güllələyib.
Su altında qalan avtomobildən çıxarılan iki şəxsdən biri qəfil məlum olmayan səbəbdən onu xilas edən polisə hücum etdiyindən, asayiş keşikçisi silahdan istifadə etməyə məcbur olub. Güllə yarası alan şəxs hadisə yerində keçinib.
Məlumata görə, insident Okmalqi dairəsində baş verib. Polis xilas olunan şəxslərdən birində silah olduğunu iddia edir. İnsident zamanı polis əməkdaşı xəsarət almayıb.
Qeyd edək ki, bölgədə bir neçə həftədir ki tüğyan edən daşqınlar nəticəsində 28 nəfər ölüb.
Aktual.az