Polis olmaq istəyənlər üçün çox gözəl imkan

Polis olmaq istəyənlər üçün çox gözəl imkan

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il mayın 27-də Bərdə Rayon Polis Şöbəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun və sıra baxışının vaxtı dəyişdirilib. Aktual.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər nazirinin qəbulunun və sıra baxışının vaxtı iyunun 2-ə keçirilib.

Qeyd edək ki, həmin gün Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək, eyni zamanda, adları çəkilən ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə gənclərin qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdi.

// Aktual.az

Xəbər 8989 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR