Polis iki rayonda narkotik əməliyyatı keçirdi

Polis iki rayonda narkotik əməliyyatı keçirdi

Rayon polisləri narkotik vasitə yetişdirən şəxslərə qarşı əməliyyat keçirib.

Aktual.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşları tərəfindən şəhər sakinləri İntiqam Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu, özündən isə 655,91 qram marixuana, Sahib Məmmədova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

***

Oxşar əməliyyat İsmayıllıda da keçirilib.

İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı kənd sakini, əvvəllər məhkum olunan Hikmət Abdurazaqova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilib, çəkisi 18 kiloqram olan 57 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 
Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR