Azərbaycanda polisin qış geyim formasında dəyişiklik edilib.
Aktual.az avtosfer.az-a istinadən bildirir ki, bir müddət əvvəl rəsmən təsdiq olunan dəyişikliklər bir neçə gündür, icra olunmağa başlayıb.
Bu dəyişiklik daha çox polisin papağında özünü göstərir. Əvvəlki baş geyimindən fərqli olaraq indikilər bir qədər fərqlidir. Zabit və sıravi heyət üçün fərqli formada hazırlanan baş geyiminin oxşarlığı onun yanlarının tüklü olmasındadır.
Bu papaqlar soyuq havada polislərin köməyinə gələcək.
Polis əməkdaşları bildiriblər ki, son günlər Daxili İşlər Nazirliyi tərəfindən onların geyim forması dəyişdirilib, papaqlar da dəyişikliyin bir hissəsidir.
Bundan əlavə, DİN tərəfindən polisə isti ayaqqabılar da paylanılıb