Polis əməkdaşı yol qəzasında öldü

Polis əməkdaşı yol qəzasında öldü

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində Oğuz rayonu Padar kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Füzuli Yaqub oğlu özünə məxsus 90-KG-046 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə F. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə polis serjantı F. Əliyev Oğuz rayon Polis Şöbəsinin əməkdaşı olub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR