Bakıda polis bölməsində ölüm hadisəsi baş verib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün 1-ci Polis Bölməsində qeydə alınıb. İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov polis bölməsinin həyətində səhhəti qəfildən pisləşib və ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.