Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədi ilə əmr imzalayıb.
Əmrə əsasən, sentyabrın 12-dən 14-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizə gücləndiriləcək.