Bakıda şirkətlərdən birində çalışan Banqladeş vətəndaşları itkin düşüb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, Banqladeş vətəndaşları-1980-ci il təvəllüdlü Montay Camal və 1987-ci il təvəllüdlü Liton Miahın işlədiyi şirkətin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, hər iki şəxs bir neçə gündür ki, işə gəlmir və kirayə yaşadıqları, E.Dilanova adlı vətəndaşa məxsus olan evdən çıxdıqdan sonra onlardan xəbər almaq mümkün olmayıb.
Ərizədə qeyd edilib ki, hər iki şəxs Bakıda fəaliyyət göstərən şirkətdə qaynaqçı işləyib.
Müraciət əsasında araşdırma aparılır.
Aktual.az