Polad Bülbüloğlu Rusiyada oxuyacaq

Polad Bülbüloğlu Rusiyada oxuyacaq

 Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Novosibirskdə keçiriləcək Transsibir Beynəlxalq İncəsənət Festivalında oxuyacaq.

Orkestrə isə onun 13 yaşlı oğlu Murtuza dirijorluq edəcək.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə festivalın bədii rəhbəri Vadim Repin jurnalistlərə məlumat verib.
"Bizim ənənəvi "Uşaqlar uşaqlara" proqramımızda Polad Bülbüloğlunun oğlu Murtuza da iştirak edəcək. Onun cəmi 13 yaşı olsa da, heç də pis dirijorluq etmir. Onu bir əsərə dirijorluq etmək üçün proqramımıza dəvət etmişik. Bu dəvətdən xəbər tutan onun atası oğluna dəstək olmaq üçün gələcəyini bildirib. O, hətta nəsə oxuyacağını və "hədiyyə" ilə gələcəyini deyib", - Repin bildirib.
III Transsibir İncəsənət Festivalı aprelin 9-dan 24-dək Novosibirskdə keçiriləcək. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Koreya, Yaponiyada konsert proqramları olacaq. Tədbirdə 26 solist və 11 dirijor iştirak edəcək.

Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR