Polad Bülbüloğlu 71 yaşını qeyd edir

Polad Bülbüloğlu 71 yaşını qeyd edir

O, “2009-cu İlin Adamı” olub.

Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlu 71 yaşını qeyd edir. 

Aktual.az xəbər verir ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb. 

Polad Bülbüloğlu uzun müddət Azərbaycanın mədəniyyət naziri olub, 2006-cı ildən Rusiyada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.

1973-cü ildən Əməkdar incəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb.

1989-cu ildәn Azərbaycanın mədəniyyət naziri, 1994-cü ildәn “Türksoyun sәdri olub. 2006-cı ildən etibarən mədəniyyət naziri kimi fəaliyyətini dayandırmış və Azərbaycanın Rusiyadakı səfiri kimi fəaliyyət göstərir.

Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınmışdır. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad BülbüloğluMüqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Azərbaycanın nüfuzu üçün göstərdiyi səylərdə mənəviyyat və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda 2009-cu İlin Adamı elan edilib.

Polad Bülbüloğlu 3 fevral 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təlif olunub. 

Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR