Planşet satışı 15 faiz azalıb

Planşet satışı 15 faiz azalıb

Bu ilin birinci rübündə 2015-ci ilin analoji dövrü ilə müqayisədə dünya üzrə planşet satışı bazarı 15 faiz azalıb.

Aktual.az lent.az-a istinadən bildirir ki, bu müddət ərzində 39,6 milyon ədəd planşetin satışı həyata keçirilib, ötən il isə bu rəqəm 46,4 milyon ədəd təşkil edib.

Son aylar ərzində klaviaturaya qoşulan hibridlərə tələbat xeyli artır. Paralel olaraq masaüstü kompüterlər və noutbukların satışı düşür.

Mütəxəssislər hesab edir ki, bu, hibrid planşet modelləri rahat olduğuna görə baş verir. Hazırda "Microsoft Surface Pro 4" və "Apple iPad Pro" kimi planşetlər olduqca populyardır. Onlar bəzi texniki xüsusiyyətlərinə görə bir çox noutbuklardan geri qalmır, bəzən hətta olduqca yüngül və rahatdırlar.

Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR