Türkiyə Silahlı Qüvvələrinin 22 iyuldan bu yana PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarda 1008 terrorçu öldürülüb.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, əməliyyatlar həm ölkə daxilində, həm də PKK-ın Şimali İraqdakı düşərgələrində həyata keçirilib.
PKK və onun gənclik qolu YDG-H başqa olmaqla, İŞİD və DHKP-C terror təşkilatlarına qarşı Türkiyənin bir çox vilayətində əməliyyatlar həyata keçirilib. İyulun 24-də başlanan əməliyyatlarda 2330 nəfər saxlanılıb, onlardan 622-si həbs olunub.
Hava əməliyyatları nəticəsində ölkə xaricində təxminən 620, ölkə daxilindəki əməliyyatlarda isə təxminən 250-300 terrorçu yaralanıb.
Hərbi mənbələr son 2 gün davam edən əməliyyatlarda 100-ə yaxın PKK terrorçusunun öldüyünü açıqlayıb.