PKK terrorçuları Türkiyədə 316 uşaq qaçırdı

PKK terrorçuları Türkiyədə 316 uşaq qaçırdı
  • DÜNYA

PKK terrorçuları 316 uşağı dağlara qaçırıb.

Aktual.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, 316 uşağın valideyni "uşağımı PKK dağlara qaçırıb" şikayəti ilə Türkiyənin təhlükəsizlik orqanlarına müraciət edib. Həmin uşaqlardan 88-i qızdır.

Bu şəxslər "terrorun qurbanı olan itkinlər" siyahısına daxil ediliblər. Məlumatda bildirilib ki, Tükiyənın ətraf kəndlərində 2 min 500 terrorçu var. Ölkədən xaricdə isə əli silahlı, çeşidli yaş qruplarına aid PKK terroçularının sayı 9 minə yaxındır. Onların 2 min 500-ü Suriyada, 600-ü İranda, 3 min 500-ü İraqda, 2 min 500-ü isə müxtəlif adlar altında Avropa İttifaqı ölkələrində fəaliyyət göstərirlər.

İnsan Haqlarının Müdafiəsi üzrə Beynəlxalq Təşkilatın hesabatında bildirilib ki, PKK-nın Suriyadakı qolu sayılan YPG-nin (Xalqın Müdafiə Birliyi) nəzarəti altında olan bəzi bölgələrdə yeniyetmə oğlan və qızlardan ya həmin ərazilərdə, ya da silahlı qarşıdurmalarda, terror aksiyalarında istifadə edirlər.

Həmin hesabatda bildirilib ki, yeniyetmələr PKK-nın qollarından biri sayılan PYD-nin (Demokratik Birlik Partiyası) gənclər bölümündə hazırlaşdırıldıqdan sonra YPG sıralarına qəbul edilirlər.

 
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR