Terrorçu PKK qruplaşmasının Kərkük-Yumurtalıq neft kəmər xəttində partlayış törətməsi nəticəsində Türkiyəyə neft nəqli dayandırılıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda İraqın şimalındakı kürd muxtariyyətinin nazirliyi məlumat yayıb.
"Türkiyə sərhədi daxilində Şanlıurfa əyalətindəki sabotaj səbəbindən İraqın Şimalından Ceyhan limanına neft nəqli dayandırılıb", - deyə nazirlik vurğulayıb.
Qurumdan bildirilib ki, bu, İraqın şimalında yaşayan xalqın dolanışığına qarşı yönəlmiş hücumdur: "Bu sayaq basqınlar xalqa böyük zərər verməkdədir".
İraqın şimalındakı hökumət Türkiyədən belə hücumların qarşısını almağı və təhlükəsizlik tədbirlərini gücləndirməyi istəyib: "Bu basqınları qınayır, Türkiyədən təhlükəsizliyi gücləndirməyi istəyirik."