Türkiyənin Hakkari vilayətində keçirilən anti-terror əməliyyatı zamanı terrorçulara məxsus videogörüntülər ələ keçirilib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hakkari vilayətinin Yüksəkova bölgəsində davam edən axtarış əməliyyatları zamanı terrorçuların tez-tez yer dəyişmələri, bəzən məscid, bəzən də yüksək mərtəbəli binalarda məskən salmasını əks etdirən kadrlar aşkar olunub.
Kadrlarda ermənilərin terror qruplaşmasının tərkibində Türkiyəyə qarşı vuruşmasından bəhs olunub.
Görüntülərdə Rızgar adlı bir terrorçunun digər silahdaşı ilə dialoqunda ermənilərdən söhbət açılıb:
“Rızgar, bu döyüşlərdə ermənilər də iştirak edir. Ermənilər olmasa, döyüşlərdə qələbə qazana bilməzsiniz”-deyə terrorçu bildirib.
Həmin terrorçuların PKK Suriya qanadı olan YPG sıralarında vuruşduğu məlum olub.