PKK qəbristanlığı silah anbarı imiş - Fotolar

PKK qəbristanlığı silah anbarı imiş   - Fotolar
  • DÜNYA

Türkiyədə hüquq mühafizə orqanları PKK terrorçularının qəbirstanlıq kimi istifadə etdiyi əraziyə əməliyyat həyata keçirib.

Aktual.az türk mətbuatına istinadən xəbər verir ki, aparılan araşdırma nəticəsində məlum olub ki, ərazi terrorçuların idarə olunması üçün mühüm strateji obyekt olub.
Belə ki, ərazidə tikilən binaların içində konfrans, gözləmə və məhkəmə salonu olub. Bundan başqa cəsədlərin basdırılması üçün nəzərdə tutulan tabutların içində müxtəlif çaplı silahlar tapılıb.
Bundan başqa kustar üsulla hazırlanan iki bomba və 3 avtomobilə yerləşdirilən uzaqdan idarə edilən partlayıcı qurğular yerindəcə məhv edilib.
Araşdırma zamanı müəyyən edilib ki, hər üç avtomobil terror aktlarının törədilməsi zamanı istifadə edilib. Artıq ərzidə işləyən 30 nəfər həbs edilib.

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR