PKK Qarabağa 400 terrorçu göndərib - Türkiyə mətbuatı

PKK Qarabağa 400 terrorçu göndərib   - Türkiyə mətbuatı

Türkiyənin “Yeni Şafak” qəzeti PKK terror təşkilatının Azərbaycan və Ermənistan arasında baş verən hərbi toqquşmalar zamanı Ermənistana dəstək göndərdiyi barədə xəbər yayıb.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, “PKK-dan İrəvana dəstək” başlıqlı yazıda bildirilir ki, hərbi əməliyyatların başlandığı ilk gündən etibarən PKK Ermənistana dəstək üçün 400 terrorçu göndərib: “Kandil və Kamışlıdan gələn qruplar Ağrıdan Ermənistana keçib. Göyçə gölü bölgəsindən PKK-ya ayrılan Vardenis düşərgəsinə keçən 400 nəfərlik dəstə, daha sonra Qarabağa göndərilib”.

Azərbaycana qarşı vuruşmaq üçün Ermənistana keçən dəstənin arasında İŞİD və PKK-nın Suriya qolu PYD sıralarında döyüşən 150 erməninin yer aldığı deyilir. Qəzetin məlumatına görə, Ağrı üzərindən Ermənistana keçən terrorçular əvvəlcə Laçın, Kəlbəcər və Şuşada yerləşdirilib, oradan isə cəbhəyə göndərilib.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR