Bu gün Türkiyə daha iki polis şəhid verib. PKK Şanlıurfa bölgəsində xəstəxanaya hücum edib.
Aktual.az xəbər verir ki, Balıqlıgöl Dövlət Xəstəxanasına terror hücumu nəticəsində səhiyyə ocağında mühafizəçi olan iki polis güllələnib.
Onlar xəstəxanaya yerləşdirilsə də, həyatlarını xilas etmək mümkün olmayıb. Şırnakda da polis maşınına silahlı hücum edilib, atışmada xəsarət alan olmayıb.
PKK hər gün polisə silahlı basqınlar təşkil edir. 2012-ci ildə elan olunan atəşkəs iki aydır pozulub. Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı irimiqyaslı hərbi əməliyyatlar aparır.