Türkiyə növbəti PKK hücumu nəticəsində 11 nəfər şəhid verib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, İğdırın Naxçıvana açılan Dilucu sərhəd qapısında xidməti vəzifələrini yerinə yetirən polisləri daşıyan avtomobil terrorçuların quraşdırdıqları bomba nəticəsində partlayıb. 11 polisin şəhid olduğu, 3-nün isə yaralandığı bildirilir. Hücumdan sonra ərazidə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma başlayıb.