Şirvan şəhərində piydanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.
Açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri alan qadın Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir.
Aktual.az