Onlar həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar.
Aktual.az xəzərxəbər.com-a istinadən bildirir ki, Bakıda sürücülər yol hərəkəti qaydalarına riayət etməyən piyadaların əlindən təngə gəliblər. Bəzi piyada keçidləri işıqforla tənzimlənsə də, piyadalar yolu necə gəldi keçirlər. Bu isə əksər hallarda tıxaca səbəb olur.
28 may metrostansiyası yaxınlığındakı ticarət mərkəzinin qarşısında əvvəllər işıqfor olmadığından piyadalar yolu necə gəldi keçirdilər. İndi işıqfor quraşdırılıb amma vəziyyət dəyişməyib.
Ekspertlər deyirlər ki, bu vəziyyət bir çox hallarda piyadaların keçid üstünlüyü ilə bağlı düzgün məlumata sahib olmamalarından qaynaqlanır. Belə ki, piyadalar yanlış olaraq, bütün zolaqlı keçidlərdə üstünlüyə malik olduqlarını düşünürlər.
Piyadaların yolu necə gəldi keçmələri isə tıxaca səbəb olur. Piyadalar şəhərin bir çox hissəsində həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar.
Bəs görəsən tənzimlənən keçiddən yanlış istifadə edən piyadaları nə gözləyir?
Aktual.az