Pis istirahət etməyiblər, üzləri gülür - Qurbanov

Pis istirahət etməyiblər, üzləri gülür - Qurbanov
  • İDMAN

"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar.
Aktual.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
"Futbolçular pis istirahət etməyiblər. Xəstələndikləri üçün komandaya qoşulmayanlar var idi. Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər", - mütəxəssis vurğulayıb.
O, klubda maliyyə ilə bağlı sıxıntının olmadığını söyləyib:
"Hazırda güclü komandalarla yoxlama oyunlarında üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız kollektivlər də ciddidir".
Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.
Xəbər 89 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR