Pirallahıda şəhidlər anıldı

Pirallahıda şəhidlər anıldı

Yanvar ayının 23-də Pirallahı rayonu, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş KOŞİKİ-karate idman növü üzrə turnir keçirildi. İlk öncə 20 yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq bir dəqiqəlik sükut oldu.
 Tədbirdə Azərbaycan Milli Qəhrəmanları Vahid Quliyev və Bəxtiyar Allahverdiyev, Pirallahı rayon Icra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma Ictimai Birliyinin təmsilçiləri iştirak ediblər.
 Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan idmançılarının Olimpiya, Avropa və dünya çempionatlarındakı parlaq qələbələrindən söhbət açdılar. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin tapşırığına əsasən ölkəmizdə idmanın kütvəliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir.
  Aktual.az xəbər verir ki, idman tədbirində Pirallahı idmançılarıyla yanaşı Kürdəxanı, Pirşahı və Binə qəsəbəsinin idmançıları da iştirak ediblər. Qaliblər medal, kuboklar və fəxri fərmanlarla təltif olunub.
 Qeyd edək ki, yarışa qatılan və 1-ci yerin qalibi olan Murad Qədimli cəmi 8 aydır ki, bu idman növüylə məşğul olur. Qısa müddət məşq etməsinə baxmayaraq, Murad imtahanlardan üzüağ çıxmağı bacarıb və sarı kəmərə də yiyələnib. Ölkə başçısının idmana ayırdığı xüsusi diqqət nəticəsində idmançılarımız uğurlar qazanıb bayrağımızı zirvələrə qaldırmağı bacarır. Muradın da ən böyük arzusu beynəlxalq arenalarda uğur qazanıb bayrağımızı ən yüksəklərdə dalğalandırmaqdı. Buna çox inanır. Həm də ona görə ki, Murad bu idman növünün sirlərini Avropa və Dünya çempionu olmuş, 3 qat Avropa kubokunun qalibi, 2-ci dan qara kəmər ustası və Beynəlxalq dərəcəli hakm Nazim Mürsəlzadədən öyrənir. Murad bu yaşından artıq dərk edir ki, Nazim müəllimin tələbəsi olmaq əlavə məsuliyyətdi və həmin tələbə uğurlar qazanmağa borcludu.
Bu yolda həm Nazim müəllimə, həm Murada, həm də bütün idmançılara uğur diləyi ilə...
Unutmayın; VƏTƏN İDMANI VƏ İDMANÇILARI İLƏ UCALIR!
UCALDIN İDMANIMIZI, BAYRAĞIMIZI, VƏTƏNİMİZİ!
 ÜLVİ/AKTUAL.AZ











Xəbər 2817 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR