Pilotsuz cihazlara qarşı unikal silah hazırlandı

Pilotsuz cihazlara qarşı unikal silah hazırlandı
  • DÜNYA

ABŞ-da "DroneDefender" adlanan yeni qeyri-adi silahın sınaqlarına başlanılıb.

Aktual.az-ın Lent.az-a istinadən məlumata görə, bu silah son zamanlar çox geniş yayılmış pilotsuz uçan cihazlarla mübarizə üçün yaradılıb.

Tərtibatçıların məlumatına görə, bu unikal silahın əsas üstünlüyü ondadır ki, pilotsuz uçan cihaz onun təsirindən heç bir fiziki ziyan görmür. "DroneDefender" radiotezliklərlə çalışır və dronları 40 metr məsafədə sıradan çıxarmağa qadirdir. Silahın çəkisi 4,5 kiloqramdan artıq deyil.

Layihə rəhbərləri qeyd edir ki, belə bir silah son zamanlar ABŞ ərazisində pilotsuz uçan aparatların müşahidələr və sənaye casusluğun məqsədilə qanunsuz istifadəsi hallarının fonunda yaradılıb.

Məlum silahın kütləvi halda satışa çıxarılması imkanlarına gəldikdə, "DroneDefender" layihəsinin iştirakçıları bildirib ki, beynəlxalq ticarət normaları bu silahın ABŞ-dan kənarda realizə edilməsini qadağa edir.

Bundan başqa, yaxın zamanlarda şirkət hətta ölkə ərazisində bu ixtiranın kommersiya satışına başlamağı planlaşdırmır.

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR