İngiltərədə Oksford Araşdırma Qrupuna bağlı olan "Remote Control" proyekti pilotsuz uçuş aparatlarının (dron) terror məqsədilə törədilə biləciyi haqda xəbərdarlıqla çıxış edib.
Aktual.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, xəbərdarlığın əks olunduğu raportda bildirilir ki, terror təşkilatları dronlardan bəsit, ucuz və təsirli partlayıcı vasitə kimi istifadə edə bilər: "Bir sıra terrorçular, cinayətkarlar, kriminal elementlər mülki PUA-ları hücumlar və kəşfiyyat məqsədilə istifadə etdiklərini göstəriblər. PUA-lardan bu məqsədlərlə istifadə olunmasını əngəlləmək üçün müxtəlif tədbirlər görülməldir".
Birmingem Universitetinin professoru Devid Dann isə PUA-ların istifadəsi üçün rəsmi icazə prosedurunun tətbiqi kimi məhdudlaşdırıcı tədbirlərin nəticə verməyəcəyini söyləyib: "Qanunlara əməl edən vətəndaşlar bu aparatları qeydiyyatdan keçirəcək, lakin terrorçuların xaricdə pilotsuz aparat satın alaraq burada istifadə etməsini əngəlləmək çox çətindir".