Tehran Prokurorluğu İran Prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman vasitəsilə ABŞ Prezidenti Donald Trampa məktub yazdığı barədə məlumat yayan keçmiş millət vəkili Mustafa Kəvakəbiana qarşı cinayət işi açıb.
Aktual.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
İran Məhkəmə Sistemi siyasətçinin iddiasını "ağ yalan" adlandırıb və onu yalan məlumatlar yaymaqda günahlandırıb.
Qeyd edək ki, Mustafa Kəvakəbian ötən həftə mediaya verdiyi məlumatda Prezident Məsud Pezeşkianın ölkə rəhbəri Əli Xameneinin icazəsi və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman vasitəsilə ABŞ Prezidenti Donald Trampa məktub göndəriyini açıqlamışdı.
Xəbər 43 dəfə oxunub.