Pezeşkian İranda maliyyə böhranından danışıb

Pezeşkian İranda maliyyə böhranından danışıb
  • DÜNYA

"Əvvəlcə özümüzü tənqid etməliyik. Ədalətsizliyin, rüşvətin və qaçaqmalçılığın qarşısını almağa çalışmalıyıq”.
Aktual.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian ölkənin iqtisadi vəziyyəti ilə bağlı danışarkən bildirib.
"Mövcud imkan və şəraitə əsaslanaraq harada olduğumuzu, hara getmək istədiyimizi və bu yolu necə qət etməli olduğumuzu müəyyənləşdirməliyik”, - İran Prezidenti deyib.
O, hazırda bu istiqamətdə iş aparıldığını qeyd edib: "Amma qəbul etməliyik ki, bu problemlər bir gecədə həll oluna bilməz. Biz hazırıq, amma reallıqları da görmək lazımdır. Əvvəl deyin, hansı işi görmək istəyirsiniz? Maliyyə resursları məlumdur və bundan artıq imkanımız yoxdur. Əgər olsaydı, şübhəsiz ki, əsirgəməzdik”.


Xəbər 131 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR