İran Prezidenti Məsud Pezeşkian 29 oktyabr Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanı təbrik edib.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Pezeşkian təbrik məktubunda Tehran-Ankara əlaqələrinin genişləndirilməsinin vacibliyini də vurğulayıb.
"Ümid edirəm ki, birgə səylər fonunda iki ölkə arasında müxtəlif iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq", - Pezeşkian bildirib.
Xəbər 189 dəfə oxunub.