ABŞ və İsrail elmdən sui-istifadə edərək cinayətlər törədir.
Aktual.az "Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Milli Elitlərin 14-cü konfransında bildirib.
"Ölkəmizin problemlərini iradəli insanlar həll edir. Biz düşdüyümz vəziyyətdən çıxmaq üçün nəsə etməliyik. Biz özümüzün, ətrafımızın problemlərini həll edib getmək üçün gəlməmişik. Biz ölkənin və xalqın problemlərini həll etməyə gəlmişik”, - M.Pezeşkian bildirib.
O qeyd edib ki, İran tələbələrini müxtəlif sahələr üzrə öyrətməlidir: "Bunun üçün təhsil yetərli deyil. Onlar müxtəlif peşələrə də yiyələnməlidirlər. Biz elmli olduğumuz bildiririk. Əgər elmimiz varsa, insanların problemlərini bu yolla həll etməliyik”.
Xəbər 173 dəfə oxunub.