Rusiya Prezidenti Vladimir Putin bu il Braziliyada keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyinə hələ qərar verməyib.
Aktual.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu məsələ ilə bağlı hələlik heç bir qərar verilməyib. Rusiya G20 çərçivəsində işləməyə davam edir, bizim nümayəndəmiz öz həmkarları ilə fəal işləməyə davam edir, orada öz maraqlarımızı müdafiə edirik”, - D.Peskov vurğulayıb.
Xəbər 121 dəfə oxunub.