Peskov: “Dağlıq Qarabağda vəziyyət dayanıqlı olmaqdan uzaqdır”

Peskov: “Dağlıq Qarabağda vəziyyət dayanıqlı olmaqdan uzaqdır”

“Dağlıq Qarabağda vəziyyət dayanıqlı olmaqdan uzaqdır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Sözsüz ki, vəziyyət dayanıqlı olmaqdan uzaqdır. Ona görə də əldə edilənlərlə kifayətlənmək sadəcə, mümkünsüzdür və kimsə belə etməyə hazırlaşmır”, - deyə o, söyləyib.

D. Peskovun fikrincə, ümumən durum geriyə doğru dəyişib: “Hərbi əməliyyatların başlanmasına qədər münaqişənin tənzimlənməsi istiqamətində müsbət addımlar atılmışdı. Hazırda isə təəssüf ki, geriyə doğru inkişaf baş verib və yenidən səyləri bərpa etməyə başlamaq lazımdır. Sözsüz, bu dəfə də atəşin dayandırılması məqsədilə müxtəlif səviyyələrdə kifayət qədər operativ və böyük işlər görülüb. Rusiyanın bu fəaliyyəti proses iştirakçıları tərəfindən də vurğulanıb. Əlbəttə, Moskva bu xətti davam etdirəcək”.

Rusiyanın həmsədr ölkələrdən biri olduğunu xatırladan D. Peskov Moskvanın münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ilk günlərdən böyük səy göstərdiyini da bildirib.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR