Peruda qədim mumyalar tapıldı - FOTO

Peruda qədim mumyalar tapıldı   - FOTO
  • DÜNYA

Arxeoloqlar Perunun paytaxtı Limanın mərkəzində qədim Uaka Pukyana kompleksində dörd fərdi məzarlıq aşkar ediblər.

Məzarlıqlar İçma dövləti mədəniyyətinə aiddir.
Aktual.az Report-a istinadən xəbər verir ki, Uaka Pukyana kompleksi inzibati və mərasim zonalarından ibarətdir.
Üç qadın və bir kişinin qalıqları ibadət üçün nəzərdə tutulmuş Böyük piramidaların üst hissəsində tapılıb. Onlar parçaya bükülmüş və oturaq vəziyyətdə üzü cənub-şərqə dəfn olunublar.
İçma dövləti Perunun mərkəz sahillərində, hazırkı paytaxt Limadan cənubda bir neçə əsrlər boyu mövcud olub və 1440-1450-ci illərdə İnk imperiyası tərəfindən süquta uğradılıb.

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR