Göyçay rayonunda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 2016-cı il təvəllüdlü Mahmudov Hüseyn Səbuhi oğlu yaşadığı evdə oynayarkən pəncərədəki pərdə ipi onun boğazına dolanıb.
Valideynlərin nəzarətindən kənar qalan uşaq boğulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, uşaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 377 dəfə oxunub.