Pentaqon Rusiya ilə əlaqələri kəsdi

Pentaqon Rusiya ilə əlaqələri kəsdi
  • DÜNYA

Rəsmi Moskva Bəşər Əsədlə bağlı mövqeyini dəyişməsə, Pentaqon Rusiya ilə əməkdaşlıq etməyəcək.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldansa bəyan edib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hələ ki Moskva diqqətini İŞİD-lə mübarizəyə cəmləşdirmək əvəzinə Bəşər Əsədə dəstək göstərir, hər hansı bir əməkdaşlıqdan söz gedə bilməz”, deyə M.Baldansa bildirib.

Qeyd edək ki, dekabrın 25-də Rusiya Baş Qərargahının Operativ idarəsinin rəisi Sergey Rudskoy bəyan etmişdi ki, Moskva Suriyada terrorçuların obyektlərinə dair məlumatlarla bölüşməyə hazırdır və rəsmi Vaşinqtondan eyni hərəkəti gözləyir.

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR