Pentaqon Haniyənin öldürülməsindən sonra İsrailə müdafiə vəd edib

Pentaqon Haniyənin öldürülməsindən sonra İsrailə müdafiə vəd edib

Amerika Birləşmiş Ştatları HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra hücum olacağı təqdirdə İsrailə özünü müdafiə edəcək.

Aktual.az Elchi.az-a istinadən xəbər verir ki, bu bəyanatla Pentaqonun rəhbəri Lloyd Ostin çıxış edib.
 
ABŞ müdafiə naziri əlavə edib ki, ABŞ Haniyənin ölümündən sonra gərginliyi azaltmağa çalışır.
 
"Biz bunun genişmiqyaslı davaya çevrilməsi ehtimalından narahatıq. Və mən döyüşün qaçılmaz olduğunu düşünmürəm”, – deyə Ostin qeyd edib.
 
Qeyd edək ki, HƏMAS Siyasi Bürosu İsmayıl Haniyənin qətlinə görə təkcə İsraili deyil, həm də ABŞ-ı ittiham edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Möhsün Rezai bildirib ki, İsraildən HƏMAS rəhbərinin öldürülməsinə görə qisas alınmalıdır.


Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR