Azərbaycanda əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə cərimələrin məbləği 18 dəfə artırılır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsinə daxil edilib.
Yeni layihəyə görə, əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyası” haqqında qanunla müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanunvericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə 1000 manatdan 1500 manatadək cərimə tətbiq ediləcək.
Hazırda vəzifəli şəxslər üçün bu cərimənin məbləği 35 manatdan 80 manatadəkdir.