Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin noyabrda keçiriləcəyini, ancaq bu tarixin qabağa çəkilə biləcəyini deyib, seçkiyə hazırlıqla bağlı seçki komissiyalarına tapşırıq verib.
Aktual.az  xəbər verir ki, Azərbaycanda parlament seçkilərinin vaxtından əvvələ çəkilməsi ehtimalı Ermənistanda panika yaradıb.
Bu ölkənin "türkoloq”u, "alim”i, "araşdırmaçı”sı Varujan Geqamyan sosial şəbəkə hesabında yazıb ki, Azərbaycanda böyük ehtimalla növbədənkənar parlament seçkiləri keçiriləcək və bu, Ermənistana hazırlanacaq yeni hücumla bağlı ola bilər.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabr ayına düşür. Ancaq 11-24 noyabr tarixlərində ölkəmizdə beynəlxalq miqyaslı tədbir – COP29 keçiriləcək. Bu irimiqyaslı tədbiri, ölkəmizə ən azı 80 min qonağın və onlarla dövlət başçısı, nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin gələcəyini nəzərə alaraq, seçkilərin vaxtının dəyişdirilməsi gündəmdədir.
Konstitusiyaya görə, parlament seçkilərinin vaxtı uzadıla bilməz, bu halda parlament qeyri-legitim sayılır, ancaq qabağa çəkilə bilər. Buna görə də Azərbaycanda parlament seçkilərinin yay aylarına çəkiləcəyi gözlənilir.
Bunun Ermənistana hücuma nə aidiyyəti var və ümumiyyətlə, ermənilər Azərbaycanda bütün hadisələrdən niyə xoflanırlar? – məlum deyil.
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR