Bakıda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
"Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 56 yaşlı Əliyeva Sevda Cabbar qızını vurub.
Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Müayinə zamanı S.Əliyevaya sağ baldırın əzilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.
Xəbər 474 dəfə oxunub.